Slimfit
  1. MEDİA

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.
Sakura

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub.

Puta qəsəbə sakinlərinin iştirakı ilə səyyar görüş təşkil olunub. 

03 iyun 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilmişdir.

Qəbulda Milli Məclisin deputatı Səbinə Xasayeva, Puta qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Puta qəsəbə sakinləri onları narahat edən nəqliyyat məsələləri, asfalt örtüyünün salınması, su və kanalizasiya sistemində olan nasazlıqlardan olan narazılıqlarını rayon rəhbərinə çatdırmışdır. Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR