Dərc edildi: Baxış sayı: 431
Puşkov Zelenskiyə lağ etdi: Xalqı özünə güldürür
Rusiyalı senator Aleksey Puşkov Ukrayna Prezidenti Vladimir Zelenskinin fontanın üzərindən qaçaraq keçməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, bu barədə senator Tvitter hesabında yazıb.
“Fontanın arasından qaçır. Birbaşa və sevimlidir. Bütün Ukrayna bunu müzakirə edir. Ölkə başçısı heç nə bacarmayanda – hətta Donbasda atəşi dayandıra bilməyəndə ona yalnız vətəndaşları əyləndirmək, səhnədə rəqs etmək və fontanlardan qaçmaq qalır. Əyləncə və zarafat prezidenti!” - Puşkov bildirib.
Qeyd edək ki, Zelenski ötən gün fontanların üzərindən qaçmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət