Slimfit
  1. TARİX

Puşkinin ölümünə Şərq poeması

Puşkinin ölümünə Şərq poeması
Sakura

Puşkinin ölümünə Şərq poeması

"Puşkinin ölümünə Şərq poeması" — Mirzə Fətəli Axundov tərəfindən 1837-ci ildə yazılmış poema, qəsidə. Poema rus şairi Aleksandr Puşkinin vəfatı ilində yazılmışdır.və onun ölümünə həsr olunmuşdur. Əsər fars dilində klassik şərq poeziyası üslubunda yazılıb.

Bu Axundovun orijinalda qalmış ikinci bədii əsəridir. Poema müəllifin dərc edilmiş ilk işi idi və onun ilk mühüm əsəri sayılır.

Poemanı Azərbaycan dilinə Böyükağa Qasımzadə, Mikayıl Müşfiq və Maarif Soltan tərcümə etmişdilər. Rus dilinə sətri tərcüməni ilk dəfə 1837-ci ildə müəllifin özü etmişdir, sonradan Aleksandr Bestujev-Marlinski də rus dilinə yeni sətri tərcüməni təqdim etmişdir. Həmçinin, İosif Qrişaşvili, Aşot Qraşi, Zəki Nuri, Qədir Mirzəliyev və s. tərcümə işlərini görmüşdülər.

1937-ci il fevralın 8-də qəsidə İran və Əfqanıstan üçün Moskvadan Puşkinə həsr olunmuş yubiley radiokonsert tədbirində oxunmuşdur. Cəfər Xəndanın tərtib etdiyi poemanın sözləri əsasında Süleyman Ələsgərov ballada-romans bəstələmişdir.

 

Yazılması

8 fevral [Y.T. 27 yanvar] 1837-ci ildə rus şairi Aleksandr Puşkin və Jorj Dantes arasında dueli keçirildi, nəticədə Puşkin qarnından yaralanaraq, 10 fevral [Y.T. 29 yanvar] 1837-ci ildə vəfat elədi.

O vaxtlar Rusiya İmperiyasında qanlı şərəf döyüşləri qanunla qadağan edilmişdir, buna görə də mətbuatda Puşkinin ölüm səbəbi qeyd olunmurdu. Duel barədə məlumat, xüsusən də cəmiyyətin baş verənlər barədə fikri mətbuatda əks olunmurdu, mətbuatda daha çox hökumətin rəsmi versiyası hökm sürürdü. Bu məlumatlar əsasən söhbətlərdə, şəxsi yazışmalarda, poetik rəylərdə ifadə olunurdu.

 
Əsərin müəllifi Mirzə Fətəli Axundov

Puşkinin vəfatı o vaxtı Tiflisdə Qafqaz canişininin dəftərxanasında tərcüməçi işləyən Axundovu dərindən sarsıdaraq, ona böyük poemanın yazılmasında ilham verdi. Ədəbiyyatşünas Mikayıl Rəfili iddia edir ki, Mixail Lermontovun Puşkinin ölümünə həsr etdiyi "Şairin ölümü" adlı şeirləri həmin vaxt Tiflisdə tanınırdı. Hesab edilirdi ki, şairin ölümünün xəbəri yalnız fevral ayının sonunda Qafqaza qədər çata bilərdi. Rəfili həmçinin fərz edir ki, Axundov poemasını təxminən martın əvvəllərində yazmışdır. O, bu fikri müəllifin əsərdə bahar mənzərəsini təsvir etməyi ilə izah edir. Poemanın martda yazıldığına aid versiya axundovçu Nadir Məmmədov tərəfindən də dəstəklənir. Axundovun poeması müəllifin özü tərəfindən tərcümə edildi və 1831—1837-ci illərdə Qafqazda mülki hissənin müdiri olmuş Qriqori Rozenə təqdim olundu.

 

Tərcüməsi və nəşri

1837-ci ildə poema "Moskva teleqrafı" jurnalında ilk dəfə rus dilində dərc olundu, hərfi tərcüməni müəllifin özü eləmişdir (Axundov poemanın rus dilinə nəsr tərcüməsini hazırlamışdır). Poemanın rus dilinə tərcüməsi Axundovun bu sahədə ilk cəhd idi. Ədəbiyyatşünas Andrey Popovun qeyd etdiyi kimi, bu tərcümə bəlkə də M. F. Axundovunun Gürcüstan dəftərxanasından olan dostu və yoldaşı İvan Klementyev tərəfindən müəllifin xəbəri olmadan Moskvaya, "Moskva müşahidəçisi" jurnalının redaksiyasına göndərilib. Belə ki, poemanın sətri tərcüməsi hazırlayan Axundov onu Klementyevə göstərir. Tərcüməni oxuyan Klementyev heyrətə gəlir və əsərin yazılış üslubuna müəyyən düzəlişlər edərək və qısa məktubla birlikdə "Moskva müşahidəçisi" jurnalının redaksiyasına göndərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR