Slimfit
  1. DÜNYA

Pulunu qoy ortaya, əvəzində vətəndaşlıq al - Antiböhran islahatı...

Pulunu qoy ortaya, əvəzində vətəndaşlıq al - Antiböhran islahatı...
Sakura

Pulunu qoy ortaya, əvəzində vətəndaşlıq al - Antiböhran islahatı...

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, Moldova hakimiyyəti investisiya qarşılığında əcnəbilərə də  vətəndaşlıq verəcək. Müvafiq proqramı respublika höküməti təsdiq edib.
 
Vətəndaşlığı almaq üçün ölkənin inkişafı milli fonduna geri qaytarılmamaq şərtilə 100 min avro qoymaq vacibdir və 250 min avro da Moldova iqtisadiyyatının strateji sahələrini yaxşılaşdırmağa sərf olunmalıdır. Proqramda Beynəlxalq cinayət məhkəməsi, İnterpol tərəfindən axtarışda olmayan, eyni zamanda milli təhlükəsizliyə zərər gətirməyən şəxslər iştirak edə bilər. Bu yolla ölkə hakimiyyəti 5 min xarici vətəndaşa və ailə üzvlərinə pasport verməyi planlaşdırır.
 
Belə bir qərarın qəbul olunması Moldovanı uzun müddətdir davam edən böhrandan çıxarmaq tədbirlərindən biri kimi qeyd olunur. Öz növbəsində respublika ilə assosativ müqavilə imzalamış Avropa İttifaqı qəbul olunan sənədi tənqid edib. Kişinyovdakı Avropa İttifaqının nümayəndəliyində qeyd ediblər ki, respublika hakimiyyəti vətəndaşlığı satmaqla Avropa İttifaqı ilə viza rejiminin liberallaşmasından istifadə etməməlidir.
 
Moldovanın  baş nazirinin keçmiş müavini Yuri Roşka səlahiyyəti məhdudlaşdırılmış və indiki hökümətə müxalif olan respublika prezidenti İqor Dodonu vətəndaşlıq verilməsi haqqında sənədi imzalamamağa çağırıb. Belə ki, bu qanun xaricilərə  imkan verəcək ki,  qazanc dalınca xaricə gedən moldovanların yararlı torpaqlarını satın alsın.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR