Slimfit
  1. AZƏRBAYCAN

Pulsuz dərman dövrü başlayır? - İcbari tibbi sığorta apteklərə də tətbiq olunacaq?

Pulsuz dərman dövrü başlayır? - İcbari tibbi sığorta apteklərə də tətbiq olunacaq?
Sakura

Pulsuz dərman dövrü başlayır? - İcbari tibbi sığorta apteklərə də tətbiq olunacaq?

Ölkəmizdə dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənsə də, istər bu qurumun siyahısında olan, istərsə də qiymətləndirilməsi sərbəst olan dərmanlar kifayət qədər bahadır.

Dərmanların qiymətinin baha olması hətta səhhətində problem olan şəxslərin vaxtında müalicə almasının qarşısını alır.Bir sıra bahalı müayinələrdən keçən xəstələrin dərman vasitələri almaq üçün imkanı çatmır. Bəzi xarici dövlətlərin sosial siyasətində bu məsələ öz həllini müxtəlif formalarda  tapır. 

Məsələn, qonşu Türkiyədə işləyən şəxslər dərman qiymətlərinin  20%-ni, təqaüdçülər isə 10%-ni ödəyirlər. Yəni, 50 Tl qiyməti olan dərmana işləyən əhali 10 TL, təqaüdçülər isə 5 TL ödəmiş olurlar.Vətəndaşların müalicəsi üçün lazım olan vəsaitin qalan hissəsi isə dövlət büdcəsi tərəfindən ödənilir.Türkiyədə ölkə vətəndaşları üçün həkim müayinəsi 6 TL-dir. Bir sıra dərmanlar isə dövlət tərəfindən xəstələrə ödənişsiz formada verilir.Dövlət xəstəxanalarında bəzi əməliyyatlar da pulsuzdur.

Məlum olduğu kimi, Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanunvericilik 1999-cu ildən qəbul olunsa da, qanunun tətbiqi 20 ildir ki  ləngiyir. Ötən il icbari tibbi sığortanın tətbiqi üçün baza yaradacaq bəzi addımların atılması haqqında qərar verildi. İcbari tibbi sığortaya daxil ediləcək xəstəliklərin siyahısı hazırlandı.Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi yaradıldı və dövlət səhiyyə sisteminə daxil olan əksər tibb müəssisələri bu qurumun tabeliyinə verildi.

İcbari tibbi sığortanın əhatə dairəsinə apteklər də aid edilməlidirmi?Azərbaycanda da bir sıra xarici ölkələrdə olduğu kimi müəyyən sosial təbəqə üçün dərman qiymətlərində müvafiq güzəştlərin edilməsi məqsədəuyğun olmazmı?

Həkim terapevt Rasif Bağırov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycanda icbari tibbi sığorta məsələsi fərqli formada qoyulur: 

“Bu məsələ ölkələrin sosial durumundan da asılıdır. Bəzi inkişaf etmiş Avropa ölkələrində apteklərdə sığorta olunmuş vətəndaşlara pulla dərman verilmir.Resepti verirlər və ödənişsiz formada dərmanları alırlar.Türkiyənin iqtisadi durumu həmin ölkələrin səviyyəsində olmadığına görə, heç olmasa insanların sosial durumu nəzərə alınmaqla müəyyən güzəştlər tətbiq olunur.Azərbaycanda hansı sahədə güzəştlər olunur ki, bu sahədə də güzəşt tətbiq olunsun”.

O bildirib ki, Azərbaycanda  da dərmanların ödənişsiz verilməsi ənənəsi var: 

“Bəzi müəssisələr işçilərini sığorta edirdilər. Onlar aptekdən müəyyən dərmanları ödənişsiz alırdılar, amma əksər hallarda sığorta sisteminə elə dərmanları daxil edirdilər ki, onlar həmin xəstəyə lazım olmurdu.Sadəcə görüntü xatirinə bunu edirdilər.İcbari tibbi sığortanın əhatəsinə Onkoloji Tibbi Mərkəz, Göz Xəstəlikləri İnstitutu və bu kimi əhalinin böyük ehtiyacı olan tibb müəssisələri salınmır.Köhnə poliklinikaların adını dəyişib, onun hansısa bir quruma verilməsi ilə vəziyyət dəyişmir.Belə düşünürəm ki, TƏBİB indiki səhiyyə şöbələrini əvəzləyəcək.Sadəcə köhnə sistemin adını dəyişirlər.Sığorta olunmuş xəstələr poliklinikalara gedəndə görəcəklər ki, həmin poliklinikalar, həmin həkimlər və həmin vəziyyətdir.Səhiyyə sistemində islahatlar aparmadan belə bir addımın atılması nəticəsini görmürəm”.

Hazırda vətəndaşların böyük bir qisminin özəl xəstəxanalarına üz tutduğunu deyən həkim bildirir ki, bu dövlət xəstəxanalarda olan vəziyyətin nəticəsidir: 

“Orda olan səliqə-sahmanı, şəraiti xəstələr üçün yaratmaq lazımdır. Əks halda, icbari tibbi sığortanın tətbiqindən sonra da xəstələr özəl müəssisələrə üz tutacaq”.

 

Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR