Pul yığmaq üçün 5 sadə qayda
Pul yığarkən sizin qarşınızda duran ən böyük problem başlamaqdır.Pul yığmaq və onu nə üçün istifadə edəcəyinizi müəyyənləşdirmək sizin üçün çətin ola bilər.Lakin,bu yazımda sizin üçün adım-adım çox sadə,amma, effektli pul yığma yollarını paylaşırıq.
1.Xərclərinizi qeyd edin.
Pul yığmaq üçün ilk addım nə qədər xərclədiyinizi bilməkdir.Siz hətta pul yığmağı xəyal etməmişdən əvvəl pulunuzun hara getdiyini bilməlisiniz. Aldığınız hər kofe,qəzet də daxil olmaqla,bütün xərclərinizi hesablayın.Sözün əsl mənasında,xərclədiyiniz hər qəpiyi hesablayın.Əlinizdə bütün data olduqda isə,onu kateqoriyalara ayırın,məsələn,bazarlıq xərcləri,səyahət xərcləri və s.
2.Büdcə hazırla.
Artıq sizin əlinizdə pulunuzu hər ay nəyə xərclədiyiniz haqqında məlumat var.Bununla,qeyd olunan xərclərinizə uyğun hər aylıq büdcə təşkil edə bilərsiniz. Büdcənizi müəyyənləşdirdikdən sonra,xərclərinizi planlaşdıra və artıq xərclər üçün limitiniz i təyin edə bilərsiniz.
3.Pul yığma planı.
İndi sizin əlinizdə büdcəniz olduğundan,pul yığmağa başlaya bilərsiniz.Çalışın ki, gəlirinizin 10-15%-ini pul yığmaq üçün ayırasınız.Əgər xərcləriniz çoxdursa,s büdcənizi yenidən hazırlamağa vaxt ayırın.Önəmli olmayan xərclərinizi azalda bilərsiniz.
İpucu:pul yığmaq üçün ayırdığınız məbləği sanki,əyləncə,bazarlıq və s. kimi bir xərc hesab edin.
4.Nə üçün pul yığdığınızı müəyyən edin.
Pul yığmağın ən yaxşı yollarından biridə bir məqsədinizin olmasıdır.Topladığınız məbləği nəyə xərcləyəcəyini düşünüb,müəyyən etməyə başlayın.
Burada sizə kömək ola biləcək qısa müddətli və uzun müddətli hədəflər var
Qısa müddətli(1-3 il)
Səyahət
Maşın almaq
Qızıl zinyət əşyası almaq
Mebel almaq
Uzun müddətli (4+ il)
Uşağınızın təhsili üçün
Ev almaq
5.Topladığınız məbləğin artışını izləyin.
Hər ay nə qədər pul yığdığınızı izləyin.Bu sizi daha çox qənaət etmək üçün həvəsləndirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət