Pul toplamaq üçün 9 sınanmış üsul
Tutalım ki, sizin əlavə pulunuz var . Bu pulla nə edərdiz? Kreditlərinizin bağlanmasına sərf edərdiz, ehtiyat üçün kənara qoyardız yoxsa istirahət üçün xərcləyərdiz?
Verəcəyiniz cavabdan asılı olmayaraq onu bilməlisiz ki, daim ehtiyat üçün pul ayırmaq lazımdır. Əgər ehtiyata pul ayıra bilmirsizsə o zaman aşağıda təqdim olunan 9 sınanamış üsuldan və ya qərbdə deyildiyi kimi “challange”lərdən istifdadə edə bilərsiz.
Əgər 52 həftə ardıcıl olaraq səbr edib kənara pul qoya bilsəz o zaman il ərzində yaxşıca pul toplamış olacaqsız. Məsləhət görülür ki, ehtiyata ayırdığınız pulları əlavə faiz gətirən bank kartlarına yatırasız o zaman daha çox pul qazanmış olacaqsız.
FED.az ixtisaslaşmış xarici resurslara iatinadən maliyyə vəziyyətinizdə müəyyən dəyişəklik edəcək üsulları təqdim edir.
1. Sadə 52 həftəlik üsul
Bu üsulun əsas məğzi ondan ibarətdir ki, hər həftə müəyyən bəğləğdə ehtiyata pul ayırasız. Hər həftə ayrılan məbləğ az da olsa artmalıdır.
Ehtiyata ayrılan pulları sistemləşdirmək üçün internet bank tətbiqlərindən və müəyyən cədvəllərdən istifadə etmək olar.
2. İkiqat 52 həftəlik üsul
Əgər birinci 52 həftəlik üsul sizə asan və sadə gəlirsə o zaman toplayacağınız məbləği iki dəfə artıra bilərsiz.
3. Mini 52 həftəlik üsul
Tutalımki sizin gəlirləriniz olduqca azdır və yuxarıda sadalanan iki variant sizim üçün uyğun deyil. O zaman mini challange üsulunu tətbiq edə bilərsiz. Daha az məbləğdə pul toplamaqla yenə də istəyinizə çata bilərsiz.
4. Əksinə 52 həftəlik üsul
Challangein üsullarından biri də ehtiyata ayıracağınız pulu çoxdan aza doğru edə bilməyinizdir. Bunun üçün özünüzə və cibinizə uyğun olan bir məbləğ seçin və hər həftə ahtiyata ayırdığınız pulun məbləğini bir qədər azaldın.
5. Elastik 52 həftəlik üsul
Hər həftə ehtiyat fondunuza müxtəlif məbləğdə pul ayırın. Bu üsulun əsas xüsusiyyəti sizin hə dəfə nə qədər pul ayıra bilməyinizdir. Yəni digər üsullardakı kimi standart bir məbləğ də deyil müxtəlif məbləğlər mümkündür.
6. 365 günlük üsul
Bu üsulda hər gün kənara sizə uyğun olan məbləğdə pul ayırmaq lazımdır. Bu məbləğ 1 manat və ya daha az məbləğ də ola bilər.
7. Hər iki həftə toplamaq
Bəzi insanlar ay ərzində iki dəfə pul alırlar. Bu üsulda avans alanda və əməhaqqı alan zaman ehtiyata pul ayırmağınız tələb olunur.
8. Aybaay challange
Əgər sizə ay ərzində bir dəfə ehtiyata pul ayırmaq uyğundursa o zaman özünüz üçün start məbləği təyin edin və hər ay əməkhaqqı aldığınız zaman bu məbləği kənara qoyun .
9. Pul xərcləməyin
Çalışın bir neçə gün ərzində ümumiyyətlə pul xərcləməyin. Bunun əvəzində xərclənəcək pulu kənara ehtiyat fondunuza toplayın. Nəyə pulu xərcləyib xərcləməyinizi isə özünüz qərar verin. Misal üçün ilk mərhələdə özünüzə bu ay yeni geyim almağı və ya biznes lança getməyi qadağan edə bilərsiz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət