Slimfit
  1. CƏMİYYƏT

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb
Sakura

Pul alıb SOCAR-a işə düzəltmək vədi verən şəxslər yaxalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi işə düzəltmək adı ilə vətəndaşları aldadıb onlardan pul almış Həsənov Elçin Əmir oğlunu və onunla əlbir olan “Azneft” İstehsalat Birliyində yardımçı fəhlə işləyən Yaşar Babayevi yaxalayıb.

Ens.az xəbər verir ki,bu barədə “Report”a Təhlükəsizlik İdarəsindən bildirilib.

Məlumata görə, özünü SOCAR-ın Baş ofisinin əməkdaşı kimi qələmə verən E. Həsənov saxta vakansiya məlumatları əsasında müxtəlif şəxslərə, o cümlədən, Bağırov Nicat İdrak oğlu və Qarayev Elşən Tahir oğluna, onları şirkətin strukturlarında fəhlə kimi işə düzəltməyi təklif edib, bunun müqabilində həmin şəxslərin hər birindən 1 000 manat pul alıb. 

“Daha sonra aldatdığı şəxsləri SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinin işçisi olduğuna inandırmaq istəyən E. Həsənov onlarla birlikdə Departamentə gələrək inzibati binaya daxil olmağa çalışıb. Burada özünü polis əməkdaşı kimi təqdim edən E.Həsənovun şübhəli hərəkətləri mühafizəçilərin diqqətini cəlb edib və onlar bayırda onu gözləyən şəxslərlə söhbət edərək fırıldağın üstünü açıblar. E.Həsənov, N.Bağırov və E.Qarayev Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Beləliklə, SOCAR-ın Təhlükəsizlik İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində bu qəbildən növbəti  fırıldaqçılıq əməlinin qarşısı alınıb.

SOCAR-da işə qəbulu mərkəzləşdirilmiş qaydada Baş ofisin İnsan Resursları Departamenti müsabiqə əsasında həyata keçirir. Vakansiyalar barədə məlumatlar şirkətin rəsmi veb-səhifəsində yerləşdirilir, elan edilən vakansiya şərtlərinə uyğun bilik və bacarığı olan, müsahibə zamanı bunu nümayiş etdirən şəxslər işə qəbul olunur. Bir daha vətəndaşlara müraciət edərək, SOCAR-da işə qəbul olunmaq üçün hər hansı vasitəçilər tapmağa ehtiyac olmadığını bildirir və onları belə fırıldaqçıların toruna düşməməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR