Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Psoriaz xəstəliyi

Psoriaz xəstəliyi
Sakura

Psoriaz xəstəliyi

Psoriaz nədir?

Psoriaz yoluxucu və keçirici xarakterli olmayan bir xəstəlikdir. Bədənin müxtəlif nahiyələrində, müxtəlif formada və ölçüdə, dərinin üst qatlarında eroziyalı yaraların tapılması ilə özünü büruzə verir.

Adətən dərinin zədələnməsi və müxtəlif ölçüdə eroziyaların əmələ gəlməsi heç də sabit bir formada olmur. Ölçü böyüyə və qalınlaşa bilir. Eroziyalı yaralar qalınlaşır üst qatı quruyur və tədricən ovalanır.

Müxtəlif yağ və kremlərlə nəmləndirdikdən sonra üst səthi çox asanlıqla ovalanır, dəridə qızartılar qalır.

Bir müddətdən sonra bütün proseslər təkrarlanır. Beləliklə xəstəlik uzun illər və yaxud ömrü boyu xəstəni müşayiət edir.

Psoriaz – video

Psoriaz xəstəliyi yaşından asılı olmayaraq bütün yaş dövründə, yəni uşaqlarda və böyüklərdə qeydə alınır. Ən çox 18-23 yaşlarına təsadüf edir.

Psoriaz xəstəliyi elmi təbabətdə kifayət qədər araşdırılmamış xəstəliklər sırasındadır. Xəstəliyin hansı səbəbdən yaranması ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur.

Həmçinin elmi təbabətdə psoriaz xəstəliyinin konkret müalicə metodu hələ də tətbiq olunmamışdır.

Psoriazın müalicəsi ilə məşğul olan həkimlər var ki, qeyri rəsmi, özəl düşüncələrə sahibdirlər. Onlar müvəffəqiyyətlə bu xəstəliyin öhdəsindən gəlirlər. Xəstələrin sağalması faktları vardır. Lakin müalicə prosesi elmi araşdırma səviyyəsində deyildir.

Psoriaz müalicəsi

Psoriazın müalicəsi mərhələli şəkildə aparılır. İlk mərhələ 45-60 gün davam edir və bu müddət ərzində xəstəlik vizual olaraq çəkilir, amma bu müalicənin bitməsi demək deyil. Ondan sonra orqanizmin funksional bərpasına yönəldilmiş mərhələ başlayır və xəstə daha 45-60 gün müalicə alır. Nəticədə xəstə sağalır və normal həyata qayıdır. Müalicənin tamamlanmasına baxmayaraq xəstə 2-3 il ərzində, ildə 2 dəfə olmaqla profilaktik müalicə kursu almalıdır. Məqsəd xəstəliyin yenidən baş qaldırmasının qarşısını almaqdır, mütləq xarakter daşımır.

Mənbə: Bizimtebib.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR