Dərc edildi: Baxış sayı: 495
PSJ prezidentin oğlunu 10 milyona avroya satdı
Timoti Vea PSJ-dən ayrılıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu "Lill"ə transfer olunub. PSJ bu satışdan 10 milyon avro qazanıb. Vea yeni klubu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Timoti Vea əfsanəvi futbolçu, hazırda isə Liberiyanın prezidenti olan Corc Veanın oğludu. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Seltik"də keçirən gənc hücumçu 13 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət