Dərc edildi: Baxış sayı: 567
PSJ-nin prezidenti rüşvət verməkdə ittiham olunur
Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi rüşvət verməkdə ittiham olunur.
ONA-nın məlumatına görə, ərəb iş adamı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) sabiq prezidenti Lamin Diaka 3,1 milyon avro verdiyi bildirilir.
O, bu məbləğ qarşılığında atletika üzrə dünya çempionatının 2017-ci ildə Qətərdə keçirilməsinə nail olmaq istəyib. Lakin həmin yarış Böyük Britaniyanın paytaxtı Londona verilib. Doha isə bu ilin payızında mundiala ev sahibi olacaq. İttiham olunanın vəkili Frensis Şpiner bunları təkzib edib.
Qeyd edək ki, N.Əl-Xəlaifi 2017-ci ildə FİFA-nın baş katibi Cerom Valkeyə rüşvət verməkdə şübhəli bilinirdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət