Dərc edildi: Baxış sayı: 587
PSJ-dən Neymara yeni müqavilə
PSJ Neymarı komandada saxlamaq istəyir.
Qol.az-ın "Telefoot" nəşrinə istinadən yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçuya 1 illik yeni müqavilə təklif edib. Ancaq 27 yaşlı futbolçunun hələlik buna cavab vermədiyi bildirilir.
İddiaya görə, son vaxtlar PSJ-dəki gələcəyi haqda düşünməyə başlayan Neymar komandada qalmağı əvvəlki qədər istəmir. "Real" və "Barselona"nın gündəmində olan təcrübəli forvard yenidən La Liqada oynamaqda maraqlıdır.
Qeyd edək ki, Neymarın PSJ ilə 2022-ci ilin yayına qədər müqaviləsi var
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət