Psixotrop maddələrin prekursorlarının alınması və istifadəsi sahəsində dövlətin vəzifəsi müəyyənləşir
Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsi və onların prekursorlarının idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı sahəsində dövlət orqanlarının vəzifələri artırılır.
APA-nın məlumatına görə, bu, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinin və onların prekursorlarının idxalının, ixracının, tranzit nəql edilməsinin və istehsalının tənzimlənməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının vəzifələri sırasına Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi qaydalarını müəyyənləşdirəcək.
Layihə Milli Məclisin sentyabrın 30-da keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət