Slimfit
  1. PSİXOLOGİYA

Psixoloqlar bəzi insanların sevə bilmədiyini açıqlayıblar

Psixoloqlar bəzi insanların sevə bilmədiyini açıqlayıblar
Sakura

Psixoloqlar bəzi insanların sevə bilmədiyini açıqlayıblar

Biz bu fikirdən imtina edirik. Amma belə hallar baş verir. Amma ağıl bunu anlamaqdan imtina edir.

Biz hər ürəkdə sevginin olduğunu düşünməyi xoşlayırıq. Heç kim sevgi haqqıdakı dərin ağrılı faktla qarşılaşmaq istəmir. Bu ondan ibarətdir ki, hər kəs sevməyə qadir deyil. Amerikalı psixoloqlar bu fenomen haqqında ətraflı məlumat veriblər.

Mən buna qadir olmayan birisində sevgi tapsam, necə olacaq? Bəlkə məni bu dünyaya belə bir insan gətirib? Bəlkə mən elə birisi ilə ailə qurmuşam ki, onun başqasına qarşı heç bir meyli yoxdur?

Valideynlər öz uşağını sevməyə bilərlər və bu fakt onun növbəti həyatına təsir göstərir. Bu da həmişə pislənib. Bundan daha qeyri-təbii nə ola bilər? Bundan daha pis nə ola bilər? Amma yenə də fakt faktlığında qalır.

Görünür, onlar edə bilərdi, amma əgər onlar... Əgər onlar bir-birilə mübahisə etməsəydilər. Əgər onlar daha xoşbəxt olsaydılar. Əgər onların daha çox pulu olsaydı. Bəlkə də uşaq fərqli olsaydı. Bəlkə də onlar sadəcə sevgiyə qadir olmadığı üçün sevmirdilər.

Sevgi deyəndə biz nəyi nəzərdə tuturuq? Söhbət sevginin hissiyyat vəziyyətindən deyil, onun başqasına olan münasibətlərdə mövqeyindən gedir. Qayğı, şəfqət və böyük rəğbət mövqeləri ki, “mən”in sərhədləri özünün bir hissəsi kimi başqasını daxil etmək üçün genişlənərdi. Amma hər kəs bunu bacarmır.

Bəlkə də hər kəs hamının sevgiyə qadir olmadığı fikri ilə razılaşmaya bilər. Bəziləri də iddia edə bilər ki, hər kəs özünəməxsus formada sevir. Amma əslində bu ifadə faktı qəbul etməkdən boyun qaçırmaqdır.

Buna qadir olmayanın sevgisinə ehtiyacı olanlar heç vaxt bunu əldə etməyəcək və ancaq özünü boş yerə yalan ümidlə və ya bu insanın davranışına bəraət qazandırmaqla aldadacaq.

Sevginin olmaması da həmçinin özünə pisliklə qayıdacaq. Ola bilsin ki, biz sevgiyə kifayət qədər layiqli deyilik, bəlkə də biz həddindən artıq həssasıq, buna görə də belə ağrılıdır, bəlkə biz özümüzü düzgün aparmırıq və s. Yenə də həqiqət ondan ibarətdir ki, sizin bunda heç bir günahınız yoxdur, sadəcə bəzi insanlar sevə bilmirlər.

 

Mənbə: Planet-today.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR