Slimfit
  1. CƏMİYYƏT

Psixoloq: “Depressiya vəziyyətində abituriyentlər düşünülməmiş addımlar ata bilər”

Psixoloq: “Depressiya vəziyyətində abituriyentlər düşünülməmiş addımlar ata bilər”
Sakura

Psixoloq: “Depressiya vəziyyətində abituriyentlər düşünülməmiş addımlar ata bilər”

İmtahanların təxirə salınması, hərarəti olan abituriyentlərin buraxılış və qəbul imtahanlarına buraxılmaması onlarda ciddi psixoloji problemlərin, depressiv vəziyyətin yaranmasına gətirib çıxarıb.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkədə pandemiya ilə bağlı xüsusi karantin rejimi davam edir. 

Bununla əlaqədar olaraq, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb və onlayn dərslərin keçirilməsinə qərar verilib. Lakin bütün bunlara baxmayaraq, imtahanlarla bağlı məsələ abituriyentləri kifayət qədər məyus edib. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib. Hər bir abituriyentin arzusu ilk imtahandan tələbə adını qazanmaq olsa da, onlardan bəziləri hərarət səbəbindən imtahanlara buraxılmamışdı. Təbii olaraq, bu, yeniyetmələrdə müəyyən depressiv vəziyyət yaradıb. 

Bəs, görəsən, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır? Abituriyentlərə necə motivasiya, nə kimi psixoloji dəstək verilməlidir? 

Məsələ ilə bağlı psixoloq Nuriyyə Quliyeva Oxu.Az-a açıqlamasında abituriyentlərin bu vəziyyətdən sonra psixoloji gərginlik içərisində olduqlarını deyib: 

“Təəssüf ki, belə vəziyyətlə qarşı-qarşıya qalan abituriyentlər var. Mən bunu ətrafımda olanlardan da eşidirəm. Onların özünə güvəni sarsılıb. Üstəlik, həyəcan və imtahan stresi birə-beş artıb. Növbəti imtahan məsələsi onlarda bu stresi daha da artıracaq. Çünki bu dövrdə kifayət qədər həssas olurlar. Yenidən bu cür vəziyyətlə qarşılaşa bilmə ehtimalı onlarda ciddi psixoloji gərginlik yaradacaq. Bu isə, öz növbəsində, imtahan nəticələrinə mənfi təsir edəcək”. 

Mütəxəssis qeyd edib ki, psixoloji durumu zəif olan abituriyentlər bu gərginlik səbəbindən düşünülməmiş addımlar da ata bilər:

“Aylarla imtahanlara hazırlaşan abituriyentlərin həm özlərinin, həm də ətrafdakı insanların onlardan müəyyən gözləntiləri olur. Bu gözləntilərə nail olmadıqda çox böyük məyusluq hissi yaşanır. Bunun təsiri altında onlar düşünülməmiş addımlar ata bilərlər. Ona görə də, valideynlər bu həssas dönəmdə diqqətli olmalı, övladlarının arxasında durub, onlara dəstək olmalıdırlar. Bu il əvvəlkilərdən fərqlidir. İmtahanların nə zaman, hansı şəkildə keçiriləcəyi, sualların hansı istiqamətlərdə tərtib olunacağı qeyri-müəyyəndir. Bu qeyri-müəyyənlik özü ciddi gərginlik yaradır. Valideynləri də başa düşürəm, onlar övadlarının zəhmətinin bəhrəsini görməsini istəyir. Lakin nəzərə almaq lazımdır ki, ötən illərdə də uğurlu nəticə əldə edə bilməyən abituriyentlər arasında intihara cəhd edənlər, hətta bu cəhdin ölümlə nəticələndiyi faktlar da olub. Ona görə də, biz bu mözularda həm valideynlər, həm də abituriyentlərlə işləyirik.

Onlar bəzən əminliklə “sən qəbul olacaqsan, başqa cür ola biməz” deyə ifadələr səsləndirir. Bunu bəzən pedaqoqlar da öz tələbələrinə deyir. Lakin bu cümlə abituriyentlərin çiyninə əlavə yük və stres qoyur. Bu, doğru dəstək forması deyil. Bu cür yüksək tələblər imtahan zamanı ilk çətin sualda abituriyenti gərginliyə sala bilər. Onlara sadəcə uğurlu nəticənin onların gələcəyi üçün nə qədər önəmli olduğunu izah etmək lazımdır. İstənilən halda, onların yanında olduğunuzu vurğulayın. Bu, abituriyentlərin psixoloji gərginliyini aradan qaldıracaq və motivasiyasını artıracaq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR