Slimfit
  1. CƏMİYYƏT

Prokurorluq orqanlarına işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Prokurorluq orqanlarına işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
Sakura

Prokurorluq orqanlarına işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər üçün elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan dövlət gənclər siyasətinin uğurlu nəticəsidir ki, 2002-ci ildən başlayaraq gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbulu müsabiqə yolu ilə həyata keçirilir. 

Sonuncu müsabiqənin yekunu da nəzərə alınmaqla, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilənlər hazırda prokurorluq orqanlarının kadr korpusunun 70 faizini təşkil edir.

Müsabiqənin sonuncu mərhələsinə buraxılmış 29 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2019-cu il dekabrın 3-dən 5-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplamış 29 namizəd 9 dekabr 2019-cu il tarixdən Ədliyyə Akademiyasında (Bakı şəhəri, Vidadi küçəsi 158) icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində və (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) "Qəbul otağı"nda yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı:

1.Abbasov Pərvin Bəylər oğlu

2.Cavadlı İsmayıl Araz oğlu

3.Eyyubov Eyyub Süleyman oğlu

4.Əliyev Zaur Allahverdi oğlu

5.Əlizadə Kənan Cavanşir oğlu

6.Əsgərov Vüsal Hacısəyyad oğlu

7.Fətullayeva Nərmin Rəşid qızı

8.Hacıyev Hacı Hidayət oğlu

9.Həsənova Aysel Həsən qızı

10.Həşimzadə Nərmin Fəxrəddin qızı

11.Hümbətov Elmir Sahib oğlu

12.Hüseynov Xanoğlan Qəhrəman oğlu

13.İsmayılov Ramil Ramiz oğlu

14.Qarayev Abbas Məmməd oğlu

15.Qəmbərli Rahim Ağamali oğlu

16.Qurbanova Əfsanə Rövşən qızı

17.Məmmədli Allahyar Qədir oğlu

18.Məmmədli Nicat Qoşqar oğlu

19.Məmmədov Nahid Murad oğlu

20.Məmmədov Yusif Guşat oğlu

21.Rəhimli Tuqay Rafael oğlu

22.Sadıqov Rəhim Rəhman oğlu

23. Səfərli Fərid İntiqam oğlu

24.Səmədli Qədir Şakir oğlu

25.Şıxəliyeva Lətifə Şahin qızı

26.Şükürov Nail Kamil oğlu

27.Tarverdiyev Zaur Nazim oğlu

28.Yahyazadə Nigar İlham qızı

29.Zülbalayev Rahim Asim oğlu

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR