Professordan Türkiyədəki zəlzələlərlə bağı xəbərdarlıq
22 yanvardan bu günə qədər Manisada 5 bal gücündə 10-dan çox zəlzələ olub və bu zəlzələ fırtınası daha böyük bir zəlzələnin qarşısını ala bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli professor Naci Görür çıxış edib.
Manisalılara zəlzələ təhlükəsi ilə bağlı xəbərdarlıq edən N.Görür iki məsələyə diqqət yetirilməsinin vacib olduğunu söyləyib:
1. Ardıcıl olaraq baş verən kiçik zəlzələlər binaların əsas hissəsini yorur, daha sonra həmin binalar orta və ya yüksək zədəli binalar sinfinə daxil olur.
2. Bu dövrdə tikinti işləri, xüsusən binalarda beton tökülməsi dayandırılmalıdır. Tez-tez baş verən kiçik zəlzələlər bu elementlərə zərər verə bilər, çünki beton kifayət qədər bərkimir.
Professor qeyd edib ki, valiliklər və bələdiyyələr bu məsələlərə diqqət yetirməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət