Slimfit
  1. MARAQLI

Professordan IQ-nu artırmaq üçün həftəlik proqram – Sadə və effektli

Professordan  IQ-nu artırmaq üçün həftəlik proqram – Sadə və effektli
Sakura

Edinburq Universitetinin professoru Mark Lisgouz beynin fəaliyyətini artırmaq üçün sadə metod irəli…

Edinburq Universitetinin professoru Mark Lisgouz beynin fəaliyyətini artırmaq üçün sadə metod irəli sürüb.

AzEdu.az xəbər verir ki, professor beynin insandakı başqa əzələlər kimi güclənib-zəiflənmə mexanizmini önə çəkərək, maraqlı sınaq keçirib.

O, beynin fəaliyyətinin daha da güclənməsi  üçün 1 həftə davam edən proqramını açıqlayıb.
Proqrama qatılan insanların İQ-də yüzdə 40 artım olduğu aşkarlanıb.

Təhsil eksperti Etibar Əliyevin tərcüməsində həmin həftəlik proqramı təqdim edirik:

Bazar ertəsi: Axşam yeməyində yağlı balıq yeyin. İşə piyada, velosipedlə, ya da heç zaman istifadə etmədiyiniz bir nəqliyyat  vasitəsilə gedin;

Çərşənbə axşamı: Hər hansı  lüğətdən bilmədiyiniz sözləri öyrənin. Bu öyrəndiklərinizi gündəlik danışığınızda istifadə edin;

Çərşənbə: Yoqa,  meditasiya dərslərinə qoşulun. Daha əvvəl tanımadığınız biriylə danışın;

Cümə axşamı:  İşə daha əvvəl getmədiyiniz yolla gedin. Televiziyada verilən ciddi məlumat proqramlarını izləyin;

Cümə: Spirtli içki və kafein içməkdən qaçın. Alış-verişə gedərkən siyahını əzbərləməyə çalışın;

Şənbə: Dişinizi həmişə istifadə etdiyiniz əlinizlə deyil, digər əlinizlə fırçalayın. Gözünüzü bağlayaraq duş qəbul edin;

Bazar: Səhər saatlarında krossvord edin və qısa qaçışla məşğul olun.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR