Dərc edildi: Baxış sayı: 532
Professor güclü zəlzələ xəbərdarlığı etdi
Son günlər Mərmərə bölgəsində yaşanan ardıcıl kiçik zəlzələlər böyük təkanların xəbərçisi ola bilər.
Axar.az xəbər verir ki, bunu İstanbul Texniki Universitetinin professoru Haluk Eyidoğan deyib.
"Bəzən bir həftə ərzində cüzi təkanlar olur və çoxu da hiss edilmir. Daha sonra bu zəlzələlər dayanır və daha şiddətliləri baş verir", - o bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Mərmərə bölgəsində 4.8 bal gücündə zəlzələ baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət