Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Professor: Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxarır

Professor: Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxarır
Sakura

Professor: Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxarır

Son illər gənclər arasında energetik içkilərə maraq kəskin artıb.

İnsan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları yeniyetmələrin, gənclərin bu içki növünə aludəçiliyini daha da gücləndirib.

Mövcud vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Elə dövlət qurumları da artıq məlum istiqamətdə həyəcan təbili çalır. Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.

Qurum diqqətə çatdırır ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: 

"Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir".

Enerji içkilərinin uzun müddət istifadə edilməsinin ürək əzələlərinə xeyli ziyanı olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a bildirib ki, bu cür içkilərdən mümkün qədər uzaq durmaq və sağlam qidalanmaq vacibdir:

"Energetik içkilərin tərkibindəki kofein, taurin, quarana, jenşen kimi maddələr var. Əslində bunlar texniki bir standartdır. Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər. Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün tutulur”.

 

Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR