Slimfit
  1. TƏBİƏT

Primatlar

Primatlar
Sakura

Primatlar

Primatlar (lat. Primates, lat. primas, hərfi mənada "ilkin", "birinci") — plasentalı məməlilərin daha çox inkişaf etmiş dəstələrindən biri. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur.

Yarımdəstə və fəsilələri

Yaşburunlar (Strepsirhini)

  • Cırtdan lemurlar (Cheirogaleidae)
  • Lemurlar (Lemuridae)
  • Lepilemurlar və ya zərif lemurlar (Lepilemuridae)
  • İndrilər (Indridae)
  • Əlayaqlılar (Daubentoniidae)
  • Lorilər (Loridae)
  • Qalaqolar (Galagonidae)

Quruburunlar (Haplorhini)

  • Uzuntopuqlar (Tarsiidae)
  • Oynağanlar (Callitrichidae)
  • İlməquyruq meymunlar (Cebidae)
  • Gecə meymunları (Aotidae)
  • Sakolar (Pitheciidae)
  • Hörümçəyəbənzər meymunlar (Atelidae)
  • Əntərmeymunlar (Cercopithecidae)
  • Hibbonlar (Hylobatidae)
  • Hominidlər (Hominidae)

 

Primatların xarakterik xüsusiyyətləri

Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippinadalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir. Bu dəstəyə ibtidai primatlar (yarımeymunlar) və ali primatlar (meymunlar) daxildir.

 

İbtidai primatlar

İbtidai primatların barmaqları caynaqlıdır. Lemurlar Madaqaskar və Kanar adaları üçün səciyyəvidir. Madaqaskarda onların bir neçə növünün nəsli kəsilmək üzrədir. Afrika və Asiya meşələrində lorilər yaşayır.

 

Ali primatlar

Ali primatlara 100-dən çox növ daxildir. Bunların ön beyin yarımkürələri iri və qırışlıdır. Cənubi Amerika meşələrində ilişkənquyruq adlı meymunlar hündür ağacların başında sürətlə qaça bilir. Əntər meymunlar Afrikada və Cənubi Asiyada yaşayırlar. Onlar böyük sürülər şəklində yaşayırlar və nizamlı davranırlar. Sürüyə başçı-dominant rəhbərlik edir. İnsanabənzər meymunlar daha çox inkişaf etmişdir. Onların başı yumru, ön beyin qabığı mürəkkəb quruluşludur, üzündə tük azdır, ayaqlarının altı və əlinin içi tüksüzdür. İnsanabənzər meymunlar tropik meşələrdə yaşayır. Qorilla və şimpanzelər həm yerdə, həm də ağacda yaşayırlar. Hibbonlar (Asiya və İndoneziya) və oranqutanlar çox vaxt ağacda olur, yerə nadir hallarda enir. Oranqutanlar Sumatra adasında daha çox yayılmışdır.

 

Aqil insanın formalaşması

Aqil insan növündən əvvəl neandertal, sinantrop, pitekantrop və avstralopitek adlı insan növləri olmuşdur. Güman edilir ki, müasir insan Afrikada əmələ gəlmişdir. Onun sosioloji varlığa çevrilməsində əmək böyük rol oynamışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR