Slimfit
  1. AZƏRBAYCAN

"Primakova dişimin dibindən çıxanı dedim, H.Əliyev sözümü kəsmədi" - V. Quluzadəni özündən çıxaran səbəb

"Primakova dişimin dibindən çıxanı dedim, H.Əliyev sözümü kəsmədi" - V. Quluzadəni özündən çıxaran səbəb
Sakura

"Primakova dişimin dibindən çıxanı dedim, H.Əliyev sözümü kəsmədi" - V. Quluzadəni özündən çıxaran səbəb

Oktyabrın 29-da Bakı Slavyan Universitetində Rusiyanın ictimai-siyasi xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Eyni zamanda Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi də təşkil edib, qalibləri diplomla təltif ediliblər. Bu, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Etirazın səbəbi Primakovun 20 yanvar facisəsinin təşkilatçılarından biri olmasıdır. 

Bakı Slavyan Universitetinin mətbuat xidməti etirazlarla bağlı bəyanat yayıb. 

Bəs bu sərginin, esse müsabiqəsinin keçirilməsində əsas məqsəd nə ola bilər?

Məsələ ilə bağlı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a danışıb.

Politoloq hesab edir ki, gənc nəsil qəhrəmanlar barəsində esselər yazmalıdır:

“Biricinsi, Primakov doğrudan da o dövrün güclü diplomatlarından, dövlət xadimlərindən olub. Amma, bizim yox, Rusiyanın. Primakov nə Puşkindir, nə də Yesenin ki, onun şərəfinə esse yazılsın. Bu təşkilatçıların savadsızlığının məhsuludur. 1990-cı il 20 yanvar hadisələri zamanı Primakovun hansı kürsüdə oturması və nəyi əmr etməsi politoloqlara və tarixçilərə yaxşı məlumdur... Mənim 3 yaşım olarkən baş vermiş hadisə, bu tədbirin təşkilatçılarının ən azı 40 yaşları olarkən baş vermişdi. Ən azı, bu hadisələrin üstündən xətt çəkmək nə yaşa, nə də başa yaraşır. Digər tərəfdən, Primakovun ermənipərəst siyasəti unudulmamalıdır. 1997-ci ildə ATƏT-in münaqişənin həlli üçün təklif etdiyi 2 sülh variantı tərəflər arasında razılaşdırılmayandan sonra, o zaman Rusiyanın XİN rəhbəri olan Primakov münaqişə tərəflərinə yeni həll variantını təklif edir. Primakovun “Ümumi dövlət” modelinə əsasən, Azərbaycan və Dağlıq Qarabağ ittifaq dövlətlərinin yaradılması nəzərdə tutulurdu. Bu təklif Azərbaycanın maraqlarına zidd, erməni maraqlarına cavab verdiyindən, Ermənistan tərəfi böyük razılıqla təklifi qarşılamışdı”.

Z. Məmmədov Azərbaycanın sabiq xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadənin bununla bağlı xatirələrini bölüşüb:

“Primakov Bakıya gəlmişdi. O, bizi Qarabağı tanımağa məcbur etmək istəyirdi. Onun Azərbaycana ilk səfərində Heydər Əliyevdən istəyi oldu ki, Dağlıq Qarabağı tərəf kimi tanıyın. Heydər Əliyev ona hörmətlə yox dedi. Bildirdi ki, biz bunu edə bilmərik. Amma o, Heydər Əliyevə təzyiq etməyə çalışdı. Bu zaman Heydər Əliyev dönüb mənə baxdı, yəni ki, bunun cavabını ver. Mən Primakova dişimin dibindən çıxanı dedim. Bildirdim ki, belə şey gözləməyin, biz heç vaxt Dağlıq Qarabağı tərəf kimi tanımayacağıq və Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Mən bu fikirləri bir saat ərzində Primakovun təpəsinə döyəclədim, Azərbaycan və Rusiya nümayəndə heyətinin iştirak etdiyi görüşdə. Bir dəfə də Heydər Əliyev mənim sözümü kəsmədi. Primakov görəndə ki, mən dayanmadan döşəyirəm, dedi ki, yaxşı, əgər istəmirsinizsə, onda müzakirəni başqa vaxta saxlayaq”.

Z. Məmmədov Bakı Slavyan Universitetinin cavab olaraq yaydığı açıqlamaya da münasibət bildirib:

"Bakı Slavyan Universiteti sanki Azərbaycanın yox, Rusiyanın ali təhsil müəssisəsidir. Dünəndən gözləyirdim ki, BSU bəyanat versin, sonra fikrimi bildirim. Bəyanatla tanış olandan sonra, savadlılıqla savadsızlığın sərhədini başa düşmüş oldum. Universitet öz açıqlamasında etiraz doğuran məsələlərə tutarlı şəkildə cavab vermir. Onlar əli azərbaycanlıların qanına batmış, ermənipərəst siyasət yürüdən Primakova niyə sərgi keçirdiklərinə, esse müsabiqəsi təşkil etdiklərinə aydınlıq gətirə bilmirlər. Bəyanatda məsələnin mahiyyətindən başqa hər şey qeyd edilib. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, tarixi bilməyən kəs, həqiqi vətəndaş ola bilməz. Tarixi unutmayaq ki, bu günümüzü düzgün qiymətləndirə bilək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR