Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
O, 1974-cü ildə Şamaxı şəhərində anadan olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.
Sədr 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də Baş Menecer vəzifəsində çalışıb. 2018-2021-ci illərdə “Azərbaycan Supermarketləri” MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
Ailəlidir, üç övladı var.
Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət