Slimfit
  1. CƏMİYYƏT

Prezidentin vəzifədən azad etdiyi Yaşar Lətifov kimdir? - DOSYE

Prezidentin vəzifədən azad etdiyi Yaşar Lətifov kimdir? - DOSYE
Sakura

Prezidentin vəzifədən azad etdiyi Yaşar Lətifov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzladığı sərəncamla Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

 Pravda.az Y.Lətifovla bağlı məlumatları təqdim edir:

 Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olub.

1987-ci ildə İ.M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu “Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə bitirərək “Azneft”in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilib. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərib. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR