Slimfit
  1. SİYASƏT

"Prezidentin veteranlarla bağlı sərəncamı həm də təhsilin təşviq edilməsidir" - Deputat

"Prezidentin veteranlarla bağlı sərəncamı həm də təhsilin təşviq edilməsidir" - Deputat
Sakura

"Prezidentin veteranlarla bağlı sərəncamı həm də təhsilin təşviq edilməsidir" - Deputat

"Müharibə veteranları, qazilər və şəhid ailələri daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olublar".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu müharibə veteranlarının təhsil haqqından azad olunması barədə prezident sərəncamını şərh edərkən dedi.

“Onların bütün sosial ehtiyacları, tələbatları, sağlıqları ilə bağlı bütün problemlər müxtəlif vasitələrlə həll edilib. Bunların bir qismi birbaşa dövlət kanallarının, bir qismi isə “ASAN Xidmət”də yaradılmış “YAŞAT Fondu” vasitəsilə həll edilib. Azərbaycan Prezidenti tərəfindən dünən imzalanan sərəncamla veteranlar və müharibə iştirakçılarının təhsil haqqının ödənişindən azad edilmələri bu istiqamətdə atılan növbəti addım kimi qiymətləndirilməlidir. Bu, bir daha Azərbaycan dövlətinin öz xüsusi statuslu Vətənimizi qoruyan vətəndaşlarına olan diqqətinin və qayğısının göstəricisidir. Ona görə düşünürəm ki, bu, sadəcə sosial təminat məsələsi deyil, həm də təhsilin təşviq edilməsidir. Eyni zamanda müharibədə iştirak etmiş Azərbaycan gənclərinin Azərbaycanda dövlət idarəçiliyinə, müxtəlif ictimai, siyasi institutların fəaliyyətinə cəlb edilməsidir. Vətəni müdafiə etmiş vətənpərvər gənclərimizi biz yeni sosial statusda görəcəyik ki, bu da çox mühüm bir hadisədir", - deyə deputat qeyd etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR