Dərc edildi: Baxış sayı: 468
Dövlət xəstəxanalarının generatorla təmin olunması istiqamətində işlər davam edir
Dövlət xəstəxanalarının generatorla təmin olunması istiqamətində işlər davam edir.
Bu barədə Azvision.az-a açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. Nazir müavini bildirib ki, generatorlar dövlət tərəfindən ayrılan vəsait hesabına alınır:
"Hansı xəstəxanalarda yoxdursa, həmin tibb müəssisələrinə generator quraşdırılır. Hazırda proses davam edir və bu, mütəmadi olacaq".
Xatırladaq ki, iyulun 2-si və 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza zamanı bütün ölkə qaranlığa qərq oldu. Həmin vaxt bir çox xəstəxanlarda generatorların olmadığı üzə çıxdı. Prezident İlham Əliyev məlum hadisə ilə bağlı keçirdiyi müşavirədə xəstəxanalarda generatorların quraşdırılması barədə səhiyyə naziri qarşısında tapşırıqlar qoydu.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət