Slimfit
  1. CƏMİYYƏT

Prezidentin köməkçisindən vacib açıqlama: Azərbaycanda həyəcan siqnalı...

Prezidentin köməkçisindən vacib açıqlama: Azərbaycanda həyəcan siqnalı...
Sakura

Prezidentin köməkçisindən vacib açıqlama: Azərbaycanda həyəcan siqnalı...

“Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının "Sanitariya-epidemioloji salamatlıq haqqında" Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir”.

Bu barədə qərar martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəmiyyət üçün vacib informasiyanı açıqlayıb.

Prezidentin köməkçisi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələlik Azərbaycanda həyəcan siqnalı elan olunmayıb. Buna səbəb isə hələ Çinin Uhan şəhərində koronavirus yayılarkən Prezident İlham Əliyevin tapşırığı ilə qabaqlayıcı tədbirlərin görülməsinə başlanmasıdır:
“ÜST tərəfindən Azərbaycanın qlobal pandemiya problemini çoxtərəfli əməkdaşlıq müstəvisində görməsi qiymətləndirilir. ÜST-lə bərabər, digər beynəlxalq təşkilatların da səylərini səfərbər etməsinə ehtiyac var. Azərbaycan da hər fürsətdən istifadə edərək bu məsələni qaldırır”.

 
 

Mənbə: Kommersant.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR