Slimfit
  1. CƏMİYYƏT

Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA
Sakura

Prezidentin köməkçisindən kinoteatrların fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Vergi ödəyiciləri pandemiya çərçivəsində ən çox əziyyət çəkənlərdəndir. Kütləvi şəkildə toplanma olduğu üçün kinoteatrlar və bu kimi müəssisələr həmin kateqoriyadandır”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən dəstək çərçivəsində birinci proses zamanı bu kimi strukturlar nəzərə alınmışdı:

“Vergi ödəyicilərinə ikinci yardımların verilməsi prosesi başlayır. Dövlət tərəfindən özəl sektor qarşısında qoyulan tələblərdən biri işçilərin ixtisara salınmamasıdır”.

H.Hacıyev qeyd edib ki, hazırda özündə kütləvi toplaşmanı ehtiva edən müəssisələrin fəaliyyətinə icazə verilmir:

“Aidiyyəti kanallar vasitəsilə müraciət olan zaman onların müraciətləri nəzərdən keçiriləcək və yardım məsələsinə baxılacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR