Slimfit
  1. CƏMİYYƏT

Prezidentin köməkçisi: “Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır”

Prezidentin köməkçisi: “Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır”
Sakura

Prezidentin köməkçisi: “Sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır”

“İcbari tibbi sığorta tətbiq olunmayan rayonlarda xəstəxanaların doluluq faizi 20-30 faiz olub”.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bu xəstəxanalarda pandemiya ilə bağlı doluluq 70-80 faizə çatanda problemlər yaşanır və bu da təbiidir: “Biz bu problemləri aradan qaldırırıq və bu sahədə işlər davam edir”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, hər hansı xəstənin süni tənəffüs aparatına qoşulması ilə bağlı problem yaşana bilməz: “Bəzən özəl tibb müəssisələrində xəstədə buzlu görüntü çıxır və evə özünü müalicə etməyə gedir. Proses gecikir və xəstə ağır vəziyyətdə xəstəxanaya daxil olur. Ağciyərin bəzən 90 faizi zədələnmiş olur. Özəl tibb müəssisələrindəki həmkarlarımız da daha məsuliyyətli olmalıdırlar. Bizim xəstəxanaların hansındasa qüsur olanda da aradan qaldırılır”.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə nəzərə çatdırıb ki, xəstəxanalardakı problemlərlə bağlı sosial şəbəkələrdə yayılan məlumatların hər biri araşdırılır və araşdırılacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR