Slimfit
  1. SİYASƏT

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başladı

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başladı
Sakura

Prezidentin iştirakı ilə VI çağırış Milli Məclisin ilk plenar iclası başladı

İclasda daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

 

"Report" xəbər verir ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında nitq söyləyir.

 


*** 11:00

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev iclasda iştirak edir.


*** 10:00

VI çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.

“Report”un xəbərinə görə, iclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

İclasda əvvəlcə Hesablayıcı komissiya, sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. 

Parlamentdə çoxluq təşkil edən YAP Milli Məclisin sədri vəzifəsinə Sahibə Qafarovanın, sədrin I müavini vəzifəsinə Əli Hüseynlinin və sədrin müavini vəzifəsinə Hicran Hüseynovanın namizədliyini irəli sürüb. Bitərəf deputatlar isə parlamentin sədr müavini vəzifəsinə Adil Əliyevin namizədliyini irəli sürüb.


*** 09:05

Bu gün VI çağırış Milli Məclisin ilk plenar iclası keçiriləcək.

“Report”un xəbərinə görə, iclasın gündəliyinə 1 məsələ - Təşkilatı məsələlər daxil edilib.

Milli Məclisin birinci iclasında əvvəlcə Hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR