Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin həkimi Rəşid Mahmudovun bütün tövsiyələrini alt-üst etdi: "Virusdan qorunmaq üçün

Prezidentin həkimi Rəşid Mahmudovun bütün tövsiyələrini alt-üst etdi: "Virusdan qorunmaq üçün
Sakura

Prezidentin həkimi Rəşid Mahmudovun bütün tövsiyələrini alt-üst etdi: "Virusdan qorunmaq üçün

Uzun illər Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin özəl həkimi işləyən daxili xəstəliklər üzrə mütəxəssis, professor və yazıçı Osman Müftüoğlu yeni tip koronavirusa qarşı görülən tədbirlər çərçivəsində doğru hesab edilən yanlışların siyahısını hazırlayıb.

Publika.az həmin siyahını təqdim edir:

1. Bol sarımsaq və soğan yemək

Bəli, soğan, sarımsaq kükürd və alisin ilə zəngin acı, büzücü özəllikləri olan təbii dərmanlardır, amma koronavirusdan qorunma kimi ciddi bir işi sadəcə onların üzərinə yükləməklə həll etmək yanlışdır. Hələ hər gün 4-5 diş sarımsaq, 2-3 soğanı çiy-çiy yemək mədəyə və ictimai münasibətlərə xəyanət sayılır! Xəstəsinizsə, koronavirusa yoluxmusunuzsa, o zaman ikisini də rahatlıqla yeyin. Bunun sayəsində qoxunuzdan xoşlanmayanlar sizdən kənar gəzərlər, nəticədə virus daha az yayılar.

Məsələ budur: lazımi, balanslı, çeşidli qidalanmaq və bol tərəvəz, meyvə, protein qəbul etmək.

2. Turşuya yüklənmək

Turşuların, xüsusilə, kələm, xiyar, sarımsaq və soğanı bol olan turşu ziyafətinin probiotik zənginlik sayəsində immun sistemini gücləndirdiyi doğrudur. Lakin bu təbii qüvvənin insanı koronavirusdan sığortalamağı çətin məsələdir.

Turşu yeyərkən bir az da mədənizi düşünün.

3. Spirtli içki virusu öldürür

Doğrudur! 60% və ondan yüksək miqdarda tərkibində spirt olan hər növ əl təmizləyicisi virusları anında yox edər. Lakin bu, sadəcə əl təmizliyində keçərlidir. Əlləri təmizləyərək deyil, spirtli içki qəbul etməklə virusları öldürməyi düşünmək son dərəcə risklidir.

Mövzu virus infeksiyasıdırsa, spirtli içkidən uzaq durun!

4. Sirkə qarqarası yaxşıdır

Duzlu su ilə qarqara ola bilər, amma xlor dioksidi əlavə edilmiş, ya da sirkə ilə qarqara qətiyyən olmaz! Nizamlı və tez-tez etdiyiniz təbii qarqaralar mexaniki təmizləmə yolu ilə işə yarayacaq.

5. Tez-tez su içmək faydalıdır

Nizamlı şəkildə su içmək məqbul və yerində tövsiyədir. Amma məsələ koronavirusdan qorunmaqdırsa, işə yaramaz.

Tövsiyəm budur: Tez-tez ilıq su için, amma bunu virusları su ilə mədəyə yollayıb mədə turşusu ilə öldürmək üçün yox, susuz qalmayıb immun sisteminə dəstək olmaq üçün edin.

6. Gümüş suyu (kolloidal) virusu yox edər

Bu, bir Amerika əfsanəsidir. Kolloidal gümüş mayesi içməyin ciddi toksiki təsiri ola bilər. Böyrəklərə və cildə zərər verə bilər.

7. İsti içkilər içmək lazımdır

Koronavirus istidən, yəni yüksək temperaturdan xoşlanmır. Kəskin isti içkilər ağız-boğaz bölgəsini yandıraraq qoruyucu epitel təbəqəsini və qabaqlayıcı immunitet epidemiyalarını zədələyir. Qısası, nə isti su, nə də isti bitki çayları içmək virusun vecinə deyil. Əksinə, onların keyfini artıra bilər.

İsti sudan mütləq faydalanmaq istəyirsinizsə, tövsiyəm budur: dəsmal və yataq örtüklərini 60 dərəcə və ondan isti su ilə yuyun.

8. Kəllə-paça şorbası virusa qalib gələr

Bu, tam bir sayıqlama və yanlışı yanlışla cilalama tövsiyəsidir. Kəllə-paça, toyuq bulyonu, pomidor və balqabaq şorbası olmasının fərqi yoxdur. Şorbaların hər birinin faydası var. Lakin şəfa məsələsində əsla və əsla dərman niyyətilə istifadə etmək olmaz.

9. Maska taxmaq kifayətdir

Xeyr! Kifayət deyil. Maska sizi virusa yoluxmaqdan qorumaz. Xəstəsinizsə, virusu başqalarına yoluxdurmanızın qarşısını ala bilər. Maskaya yox, əl təmizliyinə güvənin.

10. Əl dezinfeksiyaediciləri problemi həll edər

Daha bir mühüm yanlışlıq budur. Televiziyada reklamları verilən və “bakteriyalardan qoruyur” şüarı ilə bazara çıxarılan antiseptik, dezinfeksiyaedici və mikroböldürücülərin əllərinizi sabun-su təmizliyindən daha çox qoruya biləcəyinə ümid etməyin.

Təkrarlayaq: əllərinizi tez-tez bol isti su və sabunla yuyun.

BONUS

Virusdan daha təhlükəli bir epidemiya var: dedi-qodu

Koronavirusdan qorunmaq üçün sonsuz sayda tədbirlər var. Xüsusilə, şəxsi gigiyena və təmizlik bu virusdan qorunmada işə yarayır. Qısası, dedi-qodu, yanlış, əsassız məlumat yaymaq virusdan daha risklidir.

Məlumat üçün xatırladaq ki, azərbaycanlı professor Rəşid Mahmudov verilişlərin birində koronavirusdan qorunmaq üçün kəllə-paça, soğan, sarımsaq yeməyi, burun və qulağa hidrogen peroksid (perekis) tökməyi məsləhət görmüşdü.

 

Zümrüd,

Video: Sevinc Xanqızı

 

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR