Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı

Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı
Sakura

Prezidentin çətir hədiyyə etdiyi müharibə veteranı

“Müharibə çox dəhşətlidir. İnsanlar – qocalar, cavanlar, qadınlar, uşaqlar ölür, şəhərlər dağılır. Heç bir ölkəyə müharibə arzulamıram”.

Ens.az xəbər verir ki,bunu “Report”a müsahibəsində Böyük Vətən müharibəsinin iştirakçısı, 96 yaşlı Bağır Məlikov deyib.

Həm 100-ə yaxınlaşan yaş, həm ömründəki keşməkeşlər, həm də bir neçə dəfə kontuziya almağı onun yaddaşına, nitqinə təsirsiz ötüşməyib. Bəzən fikirlərini toplaya bilmir, yaddaşı qarışır, ancaq 9 May - Faşizm üzərində Qələbə Günündə onunla söhbətləşə bildik. 

Bağır Məlikov Bakının Nardaran kəndindəndir. 1942-ci ildə cəbhəyə gedib, bir neçə dəfə ağır yaralanıb. Ancaq müharibənin sonunadək vuruşub və Berlinə qədər gedib çıxa bilib. 

Onun 3 qızı, 7 nəvəsi, 11 nəticəsi var. Hazırda qızı Məsməxanımla yaşayır.

Bağır kişi deyir ki, hər il Qələbə Günündə ölkə başçısı ilə görüşdə iştirak edib. Hətta bir dəfə yağış yağdığı üçün Prezident İlham Əliyev ona öz çətirini də bağışlayıb.

Bu il isə karantin rejiminə görə, heç bir tədbirə qatılmayıb. Ancaq onu iki medalla təltif edibllər və mükafatlar veterana evində təqdim olunub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR