Slimfit
  1. CƏMİYYƏT

Prezidentin bu sərt tənqidinin hədəfi kimdir?

Prezidentin bu sərt tənqidinin hədəfi kimdir?
Sakura

Prezidentin bu sərt tənqidinin hədəfi kimdir?

Oktyabrın 15-də Azərbaycan Prezidenti yanında keçirilən iqtisadi müşavirədə Prezident İlham Əliyev büdcə müzakirələrinə bəzi qurumların şişirdilmiş rəqəmlər təqdim etməsini sərt tənqid edib.

Sitat: “İlin sonunda büdcə müzakirə olunarkən sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.

Axar.az xəbər verir ki, ölkə yollarının təşkili, tikintisi və bərpası 2017-ci il 18 oktyabr tarixindən yaradılan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarətindədir. Buna baxmayaraq, aidiyyəti qurumlar da yol tikintisi ilə bağlı təklif verə bilər. Belə ki, bu gün AAYDA-dan başqa yol tikintisinin həyata keçirilməsi və bərpası ilə bağlı yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də təklif verə bilir.

Yaxın günlərə qədər kənd yollarının tikintisi və bərpası yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində idi. Ancaq artıq bu səlahiyyət yerli icra orqanlarından alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilib.

Bundan əvvəl yerli icra orqanları yol tikintisi ilə bağlı ehtiyac yarandığı zaman təklif verirdi və bunun üçün ayrılmış vəsait icraya təqdim edilirdi. İcra orqanı da işi podratçı şirkətə həvalə edirək, ona gördürürdü. Yol-nəqliyyat mütəxəssisləri hesab edir ki, məhz bu səbəb də xərclər böyüməsinə yol açırdı.

Ekspertlərin fikrincə, bu səlahiyyətlərin birbaşa icraçıya - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə verilməsində də məqsəd rəqəmlərin şişirdilməsini aradan qaldırmaq, daha az xərclə daha geniş işlər görülməsinə hesablanmışdı. Belə ki, söhbət heç də yalnız korrupsiyadan getmir. İcra və yaxud hər hansı struktur təklifi hazırlamaq üçün araşdırma aparır, mütəxəssislərlə çalışır, layihələndirmə işləri görürdü ki, bunun özü də kifayət qədər məsrəf deməkdir. Təklif büdcədə qəbul edildikdən sonra isə podratçıya təqdim edilərkən bu dəfə icraçı daha konkret layihələndirmə aparmağa məcbur idi və beləliklə, istər-istəməz bu fakt həm prosesin ləngiməsinə, həm də pulun köçürülməsində ikipilləli mərhələyə gətirib çıxarır, eyni zamanda xərlərə də təsir edirdi.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, artıq kəndlərarası bütün yolların tikilişləri də icra orqanlarından tamamilə alınaraq Agentliyə həvalə edilib:

“Bu yolların tikilişi də tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Əvvəlcə bu yollar müəyyən edilərək siyahıya alınır və siyahıya uyğun olaraq maliyyə vəsaiti ayrılan kimi yolun təmirinə başlanılır”.

A.Nəcəfli vurğulayıb ki, hansısa layihənin həyata keçirilməsi üçün gərəkli olan vəsaiti AAYDA özü müəyyən edir:

“Əvvəlcə smeta tərtib olunur və təqdim edilir. Orada mütləq şəkildə yolda aparılan işlərin detallarına qədər qeyd edilir. Smeta aidiyyəti qurumlar tərəfindən araşdırılır. Görülən işlər və qiymətlərdə hər hansı bir problem yoxdursa, qəbul olunur. Yəni bizim tərtib etdiyimiz smetada şişirtmə ola bilməz. Çünki ciddi şəkildə xərclərə nəzarət var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR