Slimfit
  1. SİYASƏT

"Prezidentin bu addımını dəstəkləyirəm" - Novella Cəfəroğlu

"Prezidentin bu addımını dəstəkləyirəm" - Novella Cəfəroğlu
Sakura

"Prezidentin bu addımını dəstəkləyirəm" - Novella Cəfəroğlu

Prezident tərəfindən bu gün imzalanan əfv sərancamı çox gözəl qərardır, böyük addımdır. Bu fərmanla indi yaşadığımız bu ağır günlərdə 200-ə qədər məhkum həbsxanadan çıxaraq ailələrinə qovuşmaq şansı əldə edəcəklər. Bu qərarına görə, prezidentə təşəkkür edrəm.

Bu fikirləri hüquq müdafiəçisi Novella Cəfəroğlu Teleqraf.com-a Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını şərh edərkən deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, prezidentin bu humanist addımı həbsdən buraxılan məhkumlarla yanaşı onların ailələrinə böyük dəstəkdir:

“Həqiqətən koronavirusun dünyada tüğyan etdiyi bu ərəfədə hamı ağır günlər keçirir. Bu insanlar həbsxanada xərcləyəcəyi pullarını indi ailələri ilə birlikdə, öz ocaqlarında xərcləyəcəklər. Yəni prezidentin bu addımı həm də bu ailələrin iqtisadi durumuna dəstək olacaq. Əlbəttə, xəstə və yaşlı insanların həbsdən buraxılmasını ancaq alqışlamaq olar. Mən bu addımı dəstəkləyirəm.

Həqiqətən də Prezident İlham Əliyev və Mehriban xanım son dövrlər çox gözəl addımlar atırlar. Bu ağır günlərdə bizlər bir-birimizə yaxşı münasibət bəsləməliyik”.

Hüquq müdafiəçisi arzu edir ki, bu günlərdə həbs edilən Tofiq Yaqublu və Elşən Məmmədli də azadlığa buraxılsın:

“Ümumiyyətlə, həbsdə olan siyasi mövqeli şəxslərin də azadlığa buraxılması müsbət haidisə olardı. Mən ümid edirəm ki, bunun da şahidi olacağıq. Bəzən aşağıda olan məmurların addımı problemlər yardır. Belə məmurların qərarı səbəbindən bir də görürsən ki, ABŞ və ya Avropadan kimsə nəsə deyir, yazır. Mən heç onları nəzərə almıram, sadəcə deyirəm ki, özümüz-özümüzə dayaq duraq, qoruyaq”.

Novella Cəfəroğlu sonda bildirib ki, Prezident Əliyevin son addımları ancaq dəstəklənə bilər: “Mən 200-nəfərə yaxın insanın azadlığa buraxılmasını birmənalı alqışlayıram. Hesab edirəm ki, prezident çox böyük bir addım atıb, humanistlik nümayiş etdirib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR