Slimfit
  1. CƏMİYYƏT

Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye

Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye
Sakura

Prezidentin başçı təyin etdiyi gənc kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Novruzov Vüqar Vahid oğlunun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, 39 yaşlı yeni icra başçısı 1980-cı ildə Bakı şəhərində anadan olub.

2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecment ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.

Əmək fəaliyyətinə 2002-2003-cü illərdə Azərbaycan Respublikasının Hesablama Palatasının Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlamışdır. 2003-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007-2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Xatırladaq ki, o, 2008-ci ildə Əzizbəyov Rayon (indiki adı Xəzər Rayon) İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edilib.

Prezident İlham Əliyevin 22 iyun 2016-cı il tarixli Sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR