Slimfit
  1. SİYASƏT

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE
Sakura

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin Sərəncam ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Oxu.Az Emil Qarayevin dosyesini təqdim edir:

Emil Qarayev 1984-cü ildə Bakı şəhərində anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə Bakı Dövlət Universitetinin "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisasını magistr pilləsi üzrə bitirib.

2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub. 2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb. 2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində işləyib.

2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb. 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi olub. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aparatın rəhbəri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2024-cü il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR