Prezidentdən Yaqub Mahmudovla bağlı - Vacib qərar
Bu gün Prezident İlham Əliyev Yaqub Mikayıl oğlu Mahmudovla bağlı sərəncam imzalayıb.
xəbər verir ki, İ. Əliyev Y. Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.
1986-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı seçilib. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.
1990-cı ildə professor elmi adı alıb.
Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Yaqub Mahmudov 2004-cü il 13 sentyabr tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifidir.
Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür, 2000-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
O, prezident seçkilərində Ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olub və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət