Prezidentdən tapşırıq: Bu, diqqət mərkəzində olmalıdır!
Bir məsələ də daim diqqət mərkəzində olmalıdır. Bu da bərpaolunan enerji növlərinin yaradılmasıdır. Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevi qəbul edərkən deyib:
"Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, tender elan olunubdur və bu sahədə böyük təcrübəsi olan şirkətlər tenderdə iştirak edirlər. Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar. Vaxtilə biz investorları inandırmağa çalışırdıq ki, gəlib vəsait qoysunlar. Ancaq indi investorlar özləri maraq göstərirlər. Biz tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən etməliyik. Bu, çox sevindirici haldır. Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. Eyni zamanda, keçən il biz Azərbaycanda dövlət xətti ilə yaradılmış külək elektrik stansiyasının açılışını mənim iştirakımla qeyd etdik. Stansiyanın gücü 50 meqavatdır və bu stansiya indi necə işləyir? Əlavə stansiyanın tikintisi nəzərdə tutulur, yoxsa yox?"
Baba Rzayev Prezidentin sualını ətraflı şəkildə cavablandırıb:
"Cənab Prezident, qeyd etdiyiniz kimi, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Artıq bu günə olan məlumatlar bizdə var. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir, buna böyük ehtiyac var. İkincisi, Sizin tapşırığınızla Bakı-Quba magistralının sağ tərəfində - təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının artıq bütün layihə-smeta sənədləri hazırlanmış, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət