Dərc edildi: Baxış sayı: 2364
Prezidentdən sərt xəbərdarlıq: “Heç bir toxunulmaz məmur yoxdur
Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda çıxış edib. Prezident məmurlara sərt xəbərdarlıq edərək bunları deyib: "Bütün iqtisadiyyat kölgədən çıxmalıdır. Bütün sahibkarlar vergi ödəməlidir. Əgər mənim bu sözlərimdən sonra kimsə yenə köhnə qayda ilə işləyəcəksə, kiməsə arxalanacaqsa bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar yoxdur, toxunulmaz məmur da yoxdur".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət