Dərc edildi: Baxış sayı: 259
Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.
Ens.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət