Dərc edildi: Baxış sayı: 246
Prezident “xəritə”ni görüb maraqlı reaksiya verdi
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində şəhər ərazisində gəzərkən maraqlı anlar yaşanıb.
Bunlardan biri də Ali Baş Komandanın qondarma rejimdə seperatçıların “prezident sarayı” kimi istifadə etdiyi binaya baxış keçirdiyi zaman qeydə alınıb.
Belə ki, Prezident həmin binada otaqların birində “böyük Ermənistan xəritəsi”nə rast gəlib və maraqlı reaksiya verib:
“Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onu bədbəxt edən bax, budur”.
Həmin anın videosunu təqdim edirik:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət