Slimfit
  1. SİYASƏT

"Prezident xəbərdarlıq göndərdi ki, artıq bu cür davam edə bilməz" - Deputat

"Prezident xəbərdarlıq göndərdi ki, artıq bu cür davam edə bilməz" - Deputat
Sakura

"Prezident xəbərdarlıq göndərdi ki, artıq bu cür davam edə bilməz" - Deputat

"Azərbaycan prezidenti Neftçala və Salyan şəhərlərinə səfəri zamanı yerli mediaya verdiyi müsahibədə bir sıra mühüm məsələlərə toxundu ki, bunlar həm də Ermənistana və onun havadarlarına verilən ciddi mesajlar kimi qəbul edilməlidir".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezidentin Salyana səfəri zamanı Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar bəyanatına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, artıq müharibənin başa çatmasından iki il yarım keçməsinə baxmayaraq, bu gün də erməni separatçıları 30 il vərdiş etdikləri bəyanatları və Azərbaycana qarşı qanun pozuntularını davam etdirməkdədirlər:

"Çox təəssüf ki, onların bu hərəkətləri elə 30 il əvvəl olduğu kimi ayrı-ayrı xarici qüvvələr tərəfindən dəstəklənir. Buna görə də Azərbaycan prezidenti qeyd etdi ki, Azərbaycanda yaşayan erməni sakinləri ya Azərbaycan qanunlarına tabe olub yaşamalıdırlar, ya da Azərbaycanı tərk etməlidirlər. Eyni zamanda, burada prezident İlham Əliyev iki məsələni bir-birindən ayırdı. O, Azərbaycanda yaşamaq istəyində olan, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyində olan erməni sakinlərlə, onları əsir götürmüş və 30 ildir onların iradəsini istismar edən separatçı şəxslərə də xüsusi xəbərdarlıq göndərdi ki, artıq bu hal bu cür davam edə bilməz. Ya Azərbaycan bayrağı altında Azərbaycan qanunlarını qəbul edib yaşamaq şansını qiymətləndirməlidirlər, ya da Azərbaycanı tərk edib getməlidirlər".

Millət vəkilinin fikrincə, bu zaman təsadüfən seçilməmişdi.

"Çünki hazırki mərhələdə sülhün əldə olunması ilə bağlı vaxt daralmaqdadır və Azərbaycan addım-addım öz məqsədlərinə çatmaqdadır. Sonuncu hadisələrdə də biz bunun şahidi olduq. Bu gün artıq hər kəsə aydındır ki, Azərbaycanın iradəsini sınağa çəkmək və yaxud onu bir daha testdən keçirmək mümkün deyil. Çünki nəticə etibarilə Azərbaycanın öz qərarından, haqlı və beynəlxalq hüquqa əsaslanan qərarlarından geri çəkindirmək mümkün deyil. Ona görə də Azərbaycandakı cinayətkar separatçılar da, onları dəstəkləyən Ermənistandakı siyasi iradə də nə qədər bu məqsədlərindən tez əl çəkib sülh üçün şərtlər yaradarlarsa, bir o qədər yaxşı olar. Əks təqdirdə, Azərbaycan digər bütün tədbirlərdə bu vaxta qədər gördüyü kimi öz konstitusyon hüququnu bərpa etmək üçün bundan sonra da qətiyyətli addımlar atmaq hüququnu özündə saxlayır", - deyə H.Babaoğlu qeyd etdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR