Prezident: "Sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən Azərbaycan olub"
"Otuzillik işğal onlara (Ermənistana – red.) heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında söyləyib.
“Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”, - deyən dövlətimizin başçısı qeyd edib ki, erməni həmkarı ilə danışıqlarında sülh sazişinin, ilk növbədə, onların marağına xidmət etdiyini izah etməyə çalışdığını vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin diqqətə çatdırıb ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət