Prezident: "Rumıniya Azərbaycanla Aİ arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək"
"Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun davamlı inkişafına dəstəyini davam etdirəcək".
"Report" xəbər verir ki, bu fikirlər Rumıniya Prezidenti Klaus Verner İohannisin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
Dövlətlərimiz arasındakı sıx və möhkəm münasibətlər strateji maraqlara söykənir. Bu baxımdan ölkəniz Cənubi Qafqaz regionunda Rumıniya üçün etibarlı tərəfdaşdır. Bu yaxınlarda Bakıya səfərim dövlətlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün konkret addımlarla bağlı razılığa gəlmək baxımından çox gözəl fürsət oldu. Səmimi qarşılanmaya və Zati-alinizlə ətraflı müzakirələrə görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Əminəm ki, biz həm strateji tərəfdaşlıq çərçivəsində mövcud imkanlardan yararlanmaqla, həm də enerji və nəqliyyat kimi sahələrdə regional layihələri inkişaf etdirməklə inkişaf üçün mövcud potensialı istiqamətləndirə və gücləndirə biləcəyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət