Slimfit
  1. AZƏRBAYCAN

Prezident qazlaşdırma üçün 9 milyon manat ayırdı

Prezident qazlaşdırma üçün 9 milyon manat ayırdı
Sakura

Prezident qazlaşdırma üçün 9 milyon manat ayırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, sərəncamla Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 9 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının 2020-ci ildə qazlaşdırılması nəzərdə tutulan ərazi vahidlərinin siyahısını təqdim edirik.

Sıra№-si Ərazi vahidləri
  Gəncə şəhəri
1. Gəncə şəhərində 2 yeni massiv
  Daşkəsən rayonu
1. Aşağı Daşkəsən kəndi
2. Kəmərqaya kəndi
  Göygöl rayonu
1. Toğanalı kəndi
  Samux rayonu
1. Sərkar kəndində yeni massiv
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR