Slimfit
  1. MEDİA

“Prezident onları bir-bir çağırıb soruşacaq: Oğlum, xalqı nə cür soymusan?”

“Prezident onları bir-bir çağırıb soruşacaq: Oğlum, xalqı nə cür soymusan?”
Sakura

“Prezident onları bir-bir çağırıb soruşacaq: Oğlum, xalqı nə cür soymusan?”

“Bakıda yol gedirsən, görürsən ki, bütün küçələri, evləri, dənizi, hər yeri bölüblər, hələ Azərbaycanın rayonlarını kənara qoyuram. Bizim heç bir ortaq  dəyərimiz yoxdur. Ona görə, biz vəhşiləşmişik. Bizim ikimizin, hamının bir yerdə olan bir şeyləri yoxdur”.

Yeni Sabah” xəbər verir ki, bunu şair Rüstəm Behrudi “Hürriyyət” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, Bakıda dəyəri milyonlarla, hətta milyardlarla ölçülən daşınmaz əmlak var: 

“Hara gedirsən, deyirlər, bu filankəs nazirindir, bu, filankəs deputatındır. Prezident bir dəfə bir icra başçısını çağırıb soruşubmu ki, “sən icra başçısısan, bu boyda binalar tikibsən, bu pulu haradan alıbsan?” Və yaxud dənizin qırağında ayrı-ayrı nazirlərin, məmurların obyektləri var. Bir dəfə çağırıb onlardan soruşmalıdır ki, “siz bu pulları haradan almışınız? Siz bu boyda var-dövləti haradan qazanmısınız ki, belə tikililər tikmisiniz?” 

Prezident onu həmin adamlardan soruşmalıdır. İslahat deyilən şey o vaxt başlayacaq ki, prezident onları bir-bir çağıracaq və soruşacaq. Dənizin qırağında otellər sistemi var. Məsələn, bir neçəsinin sahibini mən tanıyıram. Nə cür tanıyıram, deyiblər filankəsindir, hamı deyəndən sonra başa düşmüşəm ki, o adam bir nazirdir, bir komitə sədridir, yaxud bir millət vəkilidir. 

Prezident bunu çağırıb soruşmalıdır ki, “oğlum, sən bu var-dövləti haradan qazanmısan? Xalqı nə cür soymusan?” Mən sizə deyirəm, bu, görüntüdür, əsl islahat prezident o sorğu-suala başlayanda olacaq”.

R. Behrudi bildirib ki, məmurların xalqdan oğurladıqları əvvəl-axır xalqa qayıdacaq: “Mən sizə bir şey deyim, ən böyük neft sahibkarlarının imarətləri vardı, hələ o adamlar korrupsioner deyildilər. Mən “Azərbaycan” qəzetində müdir işləyəndə işçilərə tapşırdım ki, belə bir tədqiqat aparın, görək, əsrin əvvəllərində milyoner, milyarder olmuş neft milyonerlərinin evləri indi haradadır və orada kim yaşayır. 

Üstündən çox az müddət keçib və o milyarderlərin familyasında heç biri həmin evlərdə yaşamır, tamam başqa yerlərdə yaşayırlar və o evlər onlara məxsus deyil. Üstündən çox az vaxt, 100 il keçib. Demək heç bir şey əbədi deyil. Bu adamlar onu qanmırlar. Mən bir şey deyim, Zeynalabdin Tağıyev hər altıncı, bazar günü faytonla bağa-Mərdəkana gedirmiş. Yolda qızı ondan soruşur ki, “baba, bu imarət, o imarət bizimdir?” Deyib ki, “bəli, bizimdir”. İstiqlal küçəsi ilə getdikcə hər şey onlarındır də. Qızı o qədər sual verir ki, Hacı sualdan bezir, axırda deyir ki, “qızım, bunların heç biri bizim deyil, zəmanə bizimdir”. Bu adamlar da elə bilir ki, bütün dünyanı tutub qalacaqlar, hər şey elə bunlarındı. Məsələn, Milli Məclisin bəzi deputatları var, elə axmaq-axmaq danışırlar, hətta küçənin adamları o şeyləri danışmaz. Qanmaz-qanmaz ağzına gələni danışırlar. Yəni onu sıradan, ali məktəb oxumayan, orta məktəbdə 4 sinif oxumayan adamlar o cür danışmazlar, amma nə istəyirlər danışırlar”.

Şair parlament seçkilərinə də toxunub və bildirib ki, əgər Milli Məclisin tərkibi dəyişərsə, öıkədə çox şey dəyişəcək: “Azərbaycan xalqını fəlakətə sürükləyən, Azəbaycan xalqının başına gətirilən bütün faciələrinin baiskarı o Milli Məclisdə oturanlardır. Onların heç birinin Azərbaycan xalqının taleyi ilə bağlı nə düşüncəsi, nə arzusu, nə də sevgisi var. Hara gedirsən, deyir, bura millət vəkilinindir. Dənizin qırağında bir  çay içirsən deyir, bu filan deputatındır. Deputat da alsın, 3-5 min, lap 10 min alsın, bu milyonlarla dəyəri olan obyektləri nə cür tikib? Mən elə bilirəm ki, prezidentin bu addımı çox doğru  və düzgün addımdır. Milli Məclisi təzələmək, yenidən formalaşdırmaq vacibdir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR