Slimfit
  1. SİYASƏT

Prezident ölkəni yeniləyir: bir gündə kimlər getdi, kimlər qaldı

Prezident ölkəni yeniləyir: bir gündə kimlər getdi, kimlər qaldı
Sakura

Prezident ölkəni yeniləyir: bir gündə kimlər getdi, kimlər qaldı

Axar.az "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxanın Prezidentin son təyinatları ilə bağlı yazısını təqdim edir:

Milli Məclisin buraxılması ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputat korpusunun Prezident İlham Əliyevə müraciətinin müzakirəsi davam edərkən, ortaya yeni vəziyyət çıxdı. Noyabrın 29-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Prezident Administrasiyasından bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikası Prezidentinin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

Kimlər qaldı, kimlər getdi...

Öncə Administrasiyanın yeni strukturuna nəzər salaq:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadı məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsumov

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov

Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov

Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov

Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov

Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev

Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva

Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev

Sənəd dövriyyəsi şöbəsinin müdiri

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov

Prezidentin İşlər müdiri Oqtay Şahbazov

Təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılır

Prezident Administrasiyasının yeni strukturunda xeyli yeni adlara rast gəlinir. Siyahıda yeni adlarla bərabər, “köhnə qvardiya”nın təmsilçiləri də var. Onlardan ən tanınanı general Məhərrəm Əliyevlə, Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənovdur. Bu da ölkə prezidentinin bu yaxınlarda çıxışlarının birində irəli sürdüyü düstura tam uyğun gəlir. Prezident İlham Əliyev Yevlax və Xaçmaza təyin olunan icra başçıları ilə görüşdə məmurların yaşı ilə bağlı aparılan müzakirələrə də münasibət bildirmişdi.

Sitat: “Siz gəncsiniz, birinizin 37, digərinizin 38 yaşı var. İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı nəsil öz təcrübəsini bölüşməlidir”.

Prezident son sərəncamında bu xəttə sadiq qaldığını bir daha nümayiş etdirdi. Məhərrəm Əliyevlə Kərəm Həsənov kimi təcrübəli və bütün proseslərdə iqtidara sadiq qalmış kadrların Administrasiyanın yeni tərkibində yüksək vəzifəyə təyin olunmaları buna sübutdur. Beləliklə, yeni komandada “təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılması” prosesi davam etdirilir.

Böyük və yeni başlanğıcın davamı...

İlham Əliyev təkcə öz komandasını yeniləmir, əslində Azərbaycanı yeniləyir. Dövlət idarəçiliyində rolu olan strukturlar mahiyyət etibarilə dəyişdirilir. Nazirlər kabineti, Milli Məclis, Prezident Administrasiyası... İqtidarda ola-ola bu cür inqilabi addımlar atmaq böyük və yeni başlanğıcın davamıdır. Həm də ölkənin, xalqın xeyrinədir. Korrupsiyada, klançılıqda adı hallanmayan gənc kadrlara yüksək vəzifə vermək İlham Əliyevin daxili siyasətdə əsas hədəflərindəndi. Bu, “korrupsiyasız, rüşvətsiz Azərbaycan” modelinə keçid sayılmalıdı.

Dəyişiklərin bir başqa səbəbi də odur ki...

Şübhəsiz ki, Prezident ölkənin ən məlumatlı şəxsidi. Ölkəsində baş verən proseslər barədə son dərəcə dəqiq bilgilərə sahibdir. İlham Əliyev bu yenilikləri etməklə həm də Azərbaycanı qarışdırmaq istəyən güclərin planlarını alt-üst edir. Xalqın narazılığına səbəb olan kadrları vəzifədən uzaqlaşdırmaqla ictimai təhrik ocaqlarının üstünə su çiləyir. İnqilab o ölkələrdə olur ki, orda sosial narazılıqlar pik həddə çatır. Və bu, xarici güclərə öz çirkin planlarını işə salmaq üçün münbit şərait yaradır. Son 10 ildə Yaxın Şərqdəki dağıdıcı inqilabların başvermə ardıcıllığına baxdıqda, bunu görmək mümkündür. Bu baxımdan, Prezidentin sərəncam və fərmanları həm də ölkədə bir barış mühiti yaradır. Son təyinatlara diqqət etsək görərik ki, irəli çəkilən kadrların heç biri ictimai rəydə qıcıq yaradan fiqurlar deyil. Əksinə, məmnunluqla qarşılanırlar. Prezidentin hədəfi də budur: xalq hakimiyyətin işindən maksimum dərəcədə razı qalmalıdı.

Siyasi müxalifət seytnotda

İlham Əliyevin sürətli islahatları, komandasını və ölkəsini yeniləməsi hakimiyyətin siyasi rəqiblərini seytnota salıb. Zatən Azərbaycan müxalifəti yeni dövrün tələblərinə ayaq uydura bilməkdə ciddi problemlər yaşayır. 1988-ci ildə ilişib qalmış, daxili “razborkalar” nəticəsində getdikcə daha da zəifləyən müxalifətimiz indi bir qədər də çətin vəziyyətlə üzləşib. Onların “çörəkləri” əllərindən alınıb - indiyədək iqtidara qarşı qurduqları qara piarın əsas tezislərini İlham Əliyev son aylar öz fəaliyyəti ilə darmadağın edib. Prezidentin böyük istedadla, həm də sistemli şəkildə həyata keçirdiyi siyasət onun bütün kateqoriyadan olan rəqiblərinin əl-qolunu bağlayıb. Bu, həm sosial-iqtisadi sahədə hökumətin atdığı addımlarda özünü göstərər, həm kadr islahatlarında.

İslahat dalğası mediaya da çatır...

Prezident İlham Əliyevin başlatdığı islahat ən vacib sahə olan mediaya da öz töhfəsini verməkdədir. Artıq İTV-nin timsalında plüralizm elementləri görünməkdədir. Fərqli fikirlərin televiziyalara gətirilməsi, debat formatında, canlı yayın konseptində verilişlərin hazırlanması tendensiyasını müşahidə etməkdəyik. Bunun baş tutması xaricdəki youtube xuliqanlarının, söyüş müxalifətinin və onları qızışdıran xarici qüvvələrin çörəyini yağsız qoyacaq. Neçə illərdir media və PR mütəxəssisləri bu formata keçidin vacibliyini deyirdilər, yazırdılar.

Yekun nəticə: Qalibiyyət Prezidentin, uğur Azərbaycanın

Bütün bu prosesləri belə rezume etmək olar: qalibiyyət prezident İlham Əliyevin, qazanc və uğur Azərbaycanındır. Amma bu uğura, bu müsbət prosesə çomaq soxmaq istəyənlər, təbii ki, olacaq. Bunu son çıxışlarında prezident İlham Əliyev də deyib. Bəzi məmurların islahatlara qarşı çıxacaqlarının anonsunu verib. Fəqət bu işi təkcə bəzi məmurlar etməyəcək. Azərbaycanı bölüb-parçalamaq istəyən, Vətənimizin pis günü üçün çalışan qüvvələr də bu işə öz “töhfələrini” verəcəklər. İnanırıq ki, onların bu planları baş tutmayacaq. Xalqdan dəstək almış bir prezident üçün aşılmayan dağ, keçilməyən maneə yoxdu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR