Slimfit
  1. SİYASƏT

Prezident müşavirədə hansı mesajları verdi? - Mühüm nəticələri olacaq

Prezident müşavirədə hansı mesajları verdi? - Mühüm nəticələri olacaq
Sakura

Prezident müşavirədə hansı mesajları verdi? - Mühüm nəticələri olacaq

 

2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər kimi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasını göstərmək olar.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirə barədə danışarkən deyib.

Onun sözlərinə görə, son 6 ayın iqtisadi yekunları mühüm nəticələrə gəlməyə imkan verir.

Deputat bildirib ki, iqtisadi subyektlər aparılan islahatlara və təşəbbüslərə, dövlət başçısının çağırış və tövsiyələrinə lazımi dəstəyi və reaksiyanı verərək makroiqtisadi göstəricilərdə müsbət dinamika göstəriblər:

“Belə ki, ötən müddət ərzində ÜDM-in 2.4%, qeyri-neft sektorunun 3.2%, qeyri-neft sənayesinin 15.7%, kənd təsərrüfatı istehsalının 13%, qeyri-neft ixracının 15%, valyuta ehtiyatlarının isə 4 milyard dollar artması deyilənlərə sübutdur.

Həmçinin 2018-ci ildə qanunvericilik bazasının təkmilləşməsi iqtisadi tənzimləməni daha effektiv edib və iqtisadi subyektlərin şəffaflığa və haqlı rəqabətə inamını daha artırıb”.

T.Mirkişili qeyd edib ki, 2019-cu ilin 6 ayının yekunlarına əsasən, dövlət büdcəsi gəlirlərinin 440 milyon manat, vergi yığımlarının 8.8%, gömrük yığımlarının 8% artması, vergi ödəmələrində qeyri-neft sektorunun payının 70%-i ötməsi, 100 mindən çox yeni əmək müqaviləsinin imzalanması mühüm iqtisadi göstəricilərdir.

Deputatın fikrincə, ötən müddət ərzində iqtisadiyyatın effektiv tənzimlənməsi artan bütün gəlirləri 4 milyondan çox insanın sosial qayğısının gücləndirilməsinə yönəltməyə imkan verib:

“Bütün bu artımlar fonunda inflyasiya cəmi 2.5% olub, əhalinin gəlirləri isə 6.6% artıb. Göründüyü kimi, bütün bu nəticələr diqqətlə planlaşdırılmış iqtisadi islahatlar dairəsinin elementləridir. Hər bir elementin müsbət dinamika göstərməsi atılan addımların effektivliyindən xəbət verir.

Düşünürəm ki, ölkə başçısının “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir” tezisi Azərbaycan iqtisadiyyatının inkişafında yeni müsbət nəticələr əldə etməyə imkan yaradacaq”.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR