Slimfit
  1. AZƏRBAYCAN

Prezident: “Münhen Konfransında vurulan sarsıdıcı zərbə erməni təbliğatının sonudur”

Prezident: “Münhen Konfransında vurulan sarsıdıcı zərbə erməni təbliğatının sonudur”
Sakura

Prezident: “Münhen Konfransında vurulan sarsıdıcı zərbə erməni təbliğatının sonudur”

"Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münhen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir". 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. 

"Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münhen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münhen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, - mən bunu Valday Forumunda da canlı efirdə demişdim, - Qarabağ Azərbaycandır və nida işarəsi", - deyə dövlət başçısı vurğulayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR