Slimfit
  1. DÜNYA

Prezident Mirziyoyev söyüş söyən icra hakimini yüngülvari danladı

Prezident Mirziyoyev söyüş söyən icra hakimini yüngülvari danladı
Sakura

Prezident Mirziyoyev söyüş söyən icra hakimini yüngülvari danladı

Özbəkistan prezidenti Şövkət Mirziyoyev Əndican vilayətinin icra hakimi, yerli səhiyyə idarəsinin rəhbərini söyən Şuxrat Abdurəhmanovu yüngülvari danlayıb. Virtualaz.org “Azadlıq” radiosunun özbək xidmətinə istinadən xəbər verir ki, Mirziyoyev iyulun 5-də keçirdiyi selektor müşavirəsi zamanı Abdurəhmanovun bir neçə gün əvvəl internetdə yayılmış səs yazısından danışıb, icra hakimini “təmkinli olmağa” çağırıb.

Xəbər verildiyi kimi, Əndicanın icra hakimi keçirdiyi müşavirə zamanı yerli səhiyyə idarəsinin rəhbərini “mraz”, “cırndır”, “impotent”, “heyvan” və s. bu kimi ifadələrlə söyüb, onu tikə-tikə edəcəyini deyib. Habelə səhiyyə nazirinin ünvanına ağır söyüşlər yağdırıb. Abdurəhmanovu qəzəbləndirən isə budur ki, Əndican səhiyyə idarəsinin rəhbərliyi yerli şpris zavodunun buraxdığı şprislərin keyfiyyətsiz olduğu barədə səhiyyə nazirinə şikayət edib. Nazir isə öz növbəsində məsələ ilə bağlı Baş prokurora məktub yazıb.

Həmin zavodun buraxdığı şprislərdən və tibbi əlcəklərdən istifadə barədə icra hakimi özü tapşırmıdı. Və səhiyyə idarəsinin rəhbərinin ondan gizli yuxarılara şikayət etməsinə görə bərk qəzəblənib.

“Mən sənə hörmət edirəm. Amma haqqında internetdə yayılanları eşidəndə mənim üçün ağrılı oldu. Təmkinli ol. Sədaqət başqa şeydir, fəaliyyət başqa”, - Mirziyoyev söyüşçül hakimə deyib.

Abdurəhmanov isə öz növbəsində dövlət başçısına deyib ki, səhvlərini başa düşüb, üzr istəyib və bir daha belə hərəkətə yol verməyəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR